“El-Klasiko”ların vaxtı açıqlandı - Yeni mövsümdə

2 İyul 15:40 İspaniya 251
“El-Klasiko”ların vaxtı açıqlandı - Yeni mövsümdə

İspaniya La Liqasında 2025/2026 mövsümün təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ilk tur avqustun 17-də start götürəcək.

Son çempion “Barselona” ilk qarşılaşmada “Malyorka”nın qonağı olacaq. “Real” mövsümə “Osasuna” ilə Madriddə start verəcək.

Əzəli rəqiblər “Barselona” və “Real” arasında mövsümün ilk “El-Klasiko”su 10-cu turda oktyabrın 26-da Madriddə keçiriləcək. Barselonadakı ikinci oyun isə 35-ci tur çərçivəsində mayın 10-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi