Madrid klubu istəyir - “Barselona”nın yarımmüdafiəçisini

2 İyul 10:00 İspaniya 475
Madrid klubu istəyir - “Barselona”nın yarımmüdafiəçisini

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” 22 yaşlı futbolçunu bu yay yarımmüdafiəni gücləndirmək üçün əsas transfer hədəfi kimi müəyyən edib.

Bildirilir ki, “Barselona” Lopesin satışını yalnız yüksək məbləğdə təklif gəldiyi halda nəzərdən keçirəcək.

İspaniyalı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 46 oyunda meydana çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Lopesin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi