Paytaxt təmsilçisi italiyalı ilə 5 illik müqavilə bağladı - 17 milyon avro ödəyəcəklər

2 İyul 2025 01:40 İspaniya 582
Paytaxt təmsilçisi italiyalı ilə 5 illik müqavilə bağladı - 17 milyon avro ödəyəcəklər

Matteo Rucceri "Atletiko"ya keçib.

Sportinfo.az xəbər verir ki, İspaniya klubu "Atalanta"nın yetirməsinin transferini rəsmən elan edib.

Müqavilə beş il müddətinə bağlanıb.

Məlumata görə, Madrid klubu bu transfer üçün "Atalanta"ya 17 milyon avro ödəyəcək, əlavə 3 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.

İtaliyalı ötən mövsüm A Seriyasında 30 oyun keçirib və 3 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!