
“Real” yayda yeni hücumçu transfer etmək fikrindən daşınıb.
Madridlilər “yeni Xoselu” konsepsiyası üzərində düşünürdü.
Yəni, əsas heyətə iddia etməyən, amma ehtiyatdan oyuna daxil olub effektiv çıxış edə biləcək forvard axtarılırdı.
Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi hesab edir ki, bu rolu komandada olan 21 yaşlı Qonsalo Qarsiya mükəmməl şəkildə yerinə yetirə bilər. Beləliklə, bu mövqeyə əlavə transferin mənası qalmayıb.
Qarsiya Xabi Alonsonun rəhbərlik etdiyi komandanın Klublararası dünya çempionatındakı üç matçında 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, son mövsümdə isə əsasən “Real”ın ikinci komandası olan “Kastilya”da çıxış edib və orada yüksək məhsuldarlıq nümayiş etdirib.