Almaniya yığmasının hücumçusunu transfer etmək istəyir

00:10 İspaniya 83
Almaniya yığmasının hücumçusunu transfer etmək istəyir

“Real Madrid” “Ştutqart” və Almaniya yığmasının hücumçusu Nik Voltemadeni transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bildirilib ki, Almaniya klubu 23 yaşlı futbolçunu 60 milyon avroya satmaq niyyətindədir.

Futbolçu ilə “Atletiko Madrid”, “Bavariya” və “Çelsi” də maraqlanır.

Voltemade Almaniya millisinin heyətində iki matçda meydana çıxıb. O, ötən mövsüm bütün yarışlarda 33 matçda iştirak edib, 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!