"Barselona”ya keçmək üçün əlindən gələni edir - Kolumbiyalı hücumçu

10 İyun 15:20 İspaniya 1 077
"Barselona”ya keçmək üçün əlindən gələni edir - Kolumbiyalı hücumçu

“Liverpul”un vingeri Luis Dias İspaniyanın top-klublarından birinə – “Barselona”ya keçmək üçün əlindən gələni edir.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kolumbiyalı futbolçu Kataloniya təmsilçisinə transfer olunmaq ideyasına “bürünüb” və hazırda yalnız bu variantı nəzərdən keçirir.

Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Diasla maraqlanırdı və “Liverpul”un 60 milyon avroluq maliyyə tələblərini qarşılamağa hazır idi. Ancaq o, yalnız “Barselona”ya keçmək istəyir.

Hazırda “Barsa” Diası transfer etmək üçün lazımi maliyyəni ayıra bilmir.

Dias 2022-ci ilin yanvarından “Liverpul”da çıxış edir və bu müddət ərzində klubla İngiltərənin daxili turnirlərində bütün mümkün titulları qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!