Komandanı tərk etməsinə o halda icazə veriləcək ki…

12:20 İspaniya 114
Komandanı tərk etməsinə o halda icazə veriləcək ki…

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı çempionatı klublarının maraq dairəsindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin Kataloniya klubu oyunçusu ilə ayrılmamaq qərarına gəlib.

Lopesin “Barselona”nın paltardəyişmə otağında yaxşı reputasiyası olduğu və baş məşqçi Hans-Diter Flikin etimadını qazandığı bildirilir.

Futbolçunun komandanı tərk etməsinə o halda icazə veriləcək ki, o, özü rəhbərlikdən bunu xahiş etsin.

İspaniyalı yarımmüdafiəçi son mövsümdə start heyətində sabit oyunçu olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti