
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen mətbuatda Kataloniya klubunun onun komandadan ayrılmasını istəməsi ilə bağlı yayılan məlumatlardan son dərəcə narazıdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper bu məlumatların “Barselona”nın təhriki ilə mediada yer aldığını düşünür.
O, qəzəblənib, çünki hazırkı vəziyyəti ona bir peşəkar hücum kimi görünür.
Eyni zamanda, 33 yaşlı qolkiper Kataloniya klubunu tərk etmək niyyətində deyil. O, dizindən aldığı zədədən tam sağaldığını və start heyətində yer almaq üçün mübarizə aparmağa hazır olduğunu bildirib.
Daha əvvəl mətbuatda “Barselona”nın zədəsini sağaltdıqdan sonra davranışına görə qolkiperlə yollarını ayırmaq istədiyi barədə məlumat yayılıb.
Xüsusilə, Ter Ştegen Çempionlar Liqasının yarımfinalında “İnter”ə qarşı (3:4) oyunda heyətdə yer almadığı üçün komanda ilə Milana uçmaqdan imtina edib.