
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubundakı gələcəyi haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubla yeni müqavilə imzalayacağına inanır:
“Mən yüz faiz əmin deyiləm, amma düşünürəm ki, bu yay yeni müqavilə imzalayacam. Baxaq görək, necə olacaq.
Qarşıda bəzi danışıqlarımız var. Hər iki tərəfin bunda maraqlı olması vacibdir. Düşünürəm ki, razılığa gələcəyik”.
Niderlandlı futbolçu 2019-cu ildən “Barselona”da çıxış edir. O, İspaniya La Liqasının son mövsümündə 26 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatır.