Onu icarəyə götürməkdən vaz keçdi - “Barselona”

8 İyun 2025 10:15 İspaniya 1 784
Onu icarəyə götürməkdən vaz keçdi - “Barselona”

“Barselona” Xuan Qarsiyanı icarəyə götürmək fikrindən vaz keçib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Espanyol”un qapıçısını birdəfəlik transfer etməyi planlaşdırır.

Klub onun müqaviləsindəki 25 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

“Barselona” ispaniyalı futbolçunu əsas qapıçı və komandanın aparıcı fiqurlarından biri kimi görür.

Maraqlısı isə odur ki, Qarsiyanın əvəzləyicisi indiki “bir nömrə” Mark-Andre ter Ştegen deyil, polşalı qapıçı Voyçex Şesnı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti