“Barselona”ya keçmək istəyir - “Mançester Yunayted”in hücumçusu

13 Yanvar 2025 12:00 İspaniya 979
“Barselona”ya keçmək istəyir - “Mançester Yunayted”in hücumçusu

“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona”ya keçmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun 27 yaşlı futbolçu ilə maraqlanması təzəliklə ortaya çıxıb.

İngiltərəli futbolçunun bütün digər variantlardansa “Barselona”ya üstünlük verməsinə baxmayaraq, “Mançester Yunayted” “Milan”, “Yuventus” və Dortmund “Borussiya”sının marağını da ciddi hesab edir.

Həmçinin, “qırmızı şeytanlar” onu “Borussiya”ya icarəyə vermək niyyətindədir.

Reşford bu mövsüm 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq