![“Barselona”nı bir halda tərk edəcək – Heç nə qazanmasa..](https://www.sportinfo.az/media/2024/12/04/hansi-flik-780x470.jpg)
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda klubu tərk edə bilər.
Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, bu, Kataloniya klubunun 2024/25 mövsümünü kuboksuz başa vuracağı təqdirdə baş verə bilər.
59 yaşlı alman mütəxəssis 2024-cü ilin yayında “Barselona”da baş məşqçisi postunu tutub.
Onun komandası İspaniya çempionatının 15 turundan sonra 34 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.