Keçmiş futbolçusunu “Barselona”ya dəvət etmək istəyir

12 İyun 2024 18:20 İspaniya 2 122
Keçmiş futbolçusunu “Barselona”ya dəvət etmək istəyir

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Bayern”də birlikdə çalışdığı yarımmüdafiəçi Coşua Kimmixlə yenidən bir yerdə işləmək üçün daha bir il gözləməyə hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” çətin ki, bu yay alman yarımmüdafiəçini transfer edə bilsin.

Flik Kimmixlə razılığa gəlməyi planlaşdırır ki, onun “Barsa”ya transferi 2025-ci ilin yayında, azad agent kimi baş tutsun.

Kimmix “Bayern”dəkı mövqeyindən narazıdır və klubdan ayrılmağa etiraz etməyəcək. 29 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasının klubları da maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti