COP29

“Futbolçu karyeramı bitirdikən sonra məşqçi olmağı planlaşdırıram"

10 İyun 18:40 İspaniya 435
“Futbolçu karyeramı bitirdikən sonra məşqçi olmağı planlaşdırıram"

“Barselona” və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan futbolçu karyerasını bitirdikdən sonra hansı fəaliyyətlə məşğul olmağı planlaşdırdığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Barça Universal”a danışan almaniyalı futbolçu Xabi Alonsonun “Bayer”dəki işinə toxunub:

“Futbolçu karyeramı bitirdikən sonra məşqçi olmağı planlaşdırıram.

Futbolçularını çox yaxşı hiss edən, eyni zamanda futbol zəkasına malik məşqçi olmaq istəyirəm. Mən Xabi Alonsonun “Bayer”dəki yolu ilə getmək istəyərdim".

Başa çatan mövsümün sonunda Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv Almaniya Bundesliqasını və Almaniya kubokunu qazanıb.

33 yaşlı Gündoğanın Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"