COP29

"Bu komandanın mənimlə maraqlandığını bilməkdən çox qürur duyuram"

29 May 22:00 İspaniya 994
"Bu komandanın mənimlə maraqlandığını bilməkdən çox qürur duyuram"

“Bayer”in (Leverkuzen) yarımmüdafiəçisi Ezekiel Palasios “Barselona”ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, Kataloniya klubunun yeni baş məşqçisi olacaq Hans-Diter Flik argentinalı futbolçunu komandasına dəvət etmək istəyir.

25 yaşlı oyunçu yayılan xəbərlərə münasibət bildirib:

“Barselona”nın marağı mənim üçün böyük şərəfdir. Bu komandanın mənimlə maraqlandığını bilməkdən çox qürur duyuram”.

Palasios başa çatan mövsümdə 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçu komandasına çempionatda və Almaniya kubokunda kubok qazanmağa kömək edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"