COP29

“Eqosunu bir kənara qoysaydı, yenə də millidə oynayacaqdı, Ronaldo dəli olurdu ki...”

28 Noyabr 2023 00:20 İspaniya 748
“Eqosunu bir kənara qoysaydı, yenə də millidə oynayacaqdı, Ronaldo dəli olurdu ki...”

“Real”ın sabiq yarımmüdafiəçisi Rafael van der Vart keçmiş komanda yoldaşı Royston Drente haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Niderland millisinin keçmiş üzvü Drentenin ölkəsinin ən yaxşı sol cinah müdafiəçisi olduğunu bildirib:

“Düşünürəm ki, Drente Niderlandın indiyə qədər sahib olduğu ən yaxşı sol cinah müdafiəçisidir. Eqosunu, küçə futboluna olan sevgisini bir kənara qoysaydı, yenə də millidə oynayacaqdı.

Məşqdə Kriştiano Ronaldoya qarşı oynamaqdan həzz alırdı. Bu, onun üçün bir sınaq idi.

O, daim soruşurdu: “Kriştiano? O kimdir? Ronaldo məşqdə ona görə dəli olurdu. Royston sürətli, çevik və texnikalı idi”

Drente noyabrın 17-də təqaüdə çıxdığını elan edib. Bu ilin aprelində onun 36 yaşı tamam olub. Niderlandlı sabiq futbolçu 2007-2012-ci illərdə “kral klubu”nda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"