Şeydayevi "Qarabağ"dan ayrılmağa kim(lər) məcbur edib?

29 May 2023 13:00 İspaniya 6 404
Şeydayevi "Qarabağ"dan ayrılmağa kim(lər) məcbur edib?

"Qarabağ"ın hücumçusu Ramil Şeydayev komandadan ayrılıb.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bildirib ki, 27 yaşlı forvard karyerasını ölkə xaricində davam etdirəcək:

"Bəli, onunla qucaqlaşmağım daha çox vida görüşünə oxşayırdı. Anidən olan bir şey idi.

Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür,

Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun.

Milli komandaya kimi biz onunla "Qarabağ"da bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür elədik. Bizim söhbətimiz olmuşdu.

Nə mən ondan ayrılmaq istəyirdim, nə i məndən. Sadəcə, bəzən elə nüanslar olur ki, biz buna hazır olmalıyıq.

Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan birini, böyük ehtimalla, başqa ölkəyə yola saldıq. İkimiz də duyğulandıq".

Ramil Şeydayevin Taylanda - "Buriram Yunayted"ə keçəcəyi gözlənilir. 22 qolla Premyer Liqanın bombardiri ünvanını qazanan ön xətt oyunçusu Asiya ölkəsinin təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Son mövsümü “Banqkok Yunayted”in 10 xal önündə bitirən və çempion olan klub 1970-ci ildə yaradılıb. Masatada İşiinin baş məşqçi olduğu komanda oyunlarını 32 600 tamaşaçı tutumu olan “New I-Mobile Stadyum”da keçirir.

Əsasən yerli futbolçulardan qurulan komandanın heyətində Venesuela, Portuqaliya, Yaponiya və Braziliyadan (2) legionerlər var.

"Buriram Yunayted" Ramillə hələ ötən ilin sonunda təmasa keçib. Tərəflər yanvarın axırı, fevralın əvvəlində ilkin razılığa gəlib.

Anlaşmaya əsasən, milimizin üzvü Asiyada ilinə 1,2 milyon dollardan artıq pul qazanacaq.

Ailəsi və yaxınları Ramilə bu təklifi fürsət bilib dəyərləndirməyi məsləhət görüb. Onların təkidi transferdə əhəmiyyətli rol oynayıb.

Yoxsa 27 yaşlı hücumçunun "Qarabağ"ı tərk etmək niyyəti olmayıb. İki il öncə "Sabah"dan geri qayıtmış Şeydayev yeni sözləşməyə imza atsaydı, burada 400 min civarında əməkhaqqı alacaq.

Tailandlıların irəli sürdüyü maliyyə şərtləri bundan 3 dəfə yüksəkdir deyə, doğmaları Azərbaycandan getməsinin doğru addım olmasına onu inandıra biliblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti