3 il müddətinə avrokuboklardan kənarlaşdırıla bilər - “Barselona”

25 Mart 2023 18:20 İspaniya 891
3  il müddətinə avrokuboklardan kənarlaşdırıla bilər - “Barselona”

İspaniyanın texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya ehtimalı ilə bağlı “Barselona” UEFA tərəfindən bir mövsümlük avrokuboklardan kənarlaşdırıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Confidencial” məlumat yayıb.

Qurumun nizam-intizam əsasnaməsində qeyd olunduğu kimi, klublar həm milli, həm də beynəlxalq səviyyədə oyunların nəticələrinə təsir göstərmək üçün qeyri-qanuni üsullardan istifadə edə bilməzlər.

Klublar qaydanı pozarsa, bir mövsüm, çox ciddi qayda pozuntularına görə üç il müddətinə avrokuboklardan kənarlaşdırıla bilər. Məsələ ilə bağlı qərar iyunda veriləcək.

“Barsa” Neqreyraya ödənişlərin konsaltinq xidmətlərinin icrasına görə edildiyini qeyd etmişdi. Bununla belə, ittihamçılar deyirlər ki, “Barselona” klubun hakimlərə ehtiyacını təmin etmək üçün keçmiş hakimə rüşvət verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var