
"Real"ın yarımmüdafiəçisi Marko Asensionun "Barselona"ya keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Sportinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Kataloniya klubuna keçib-keçməyəcəyi ilə haqda danışıb:
"Düzünü desəm, "Barselona"nın mənimlə müqavilə imzalamaq istəyib-istəmədiyini blmirəm. Bu səviyyədə olan bir neçə klub mənimlə təmasa keçib.
Həmin variantları düşünmədim, ona görə də təklifləri geri çevirdim. Haqqımda çox söz-söhbət var.
Bu, normaldır. Yeddi aydan sonra digər klubla müqavilə imzalaya bilərəm. Bir müddət sonra təkliflər daha konkret olacaq".
26 yaşlı futbolçu “Malyorka” yetirməsidi və o, 2014-cü ildə “Real”a keçib. 2015-2016-cı illərdə isə Asensio “Espanyol”da icarə əsasında çıxış edib.