“Barselona”dan getmək üçün onun şərti var

31 İyul 2022 01:30 İspaniya 856
“Barselona”dan getmək üçün onun şərti var

“Barselona”nın hücumçusu Martin Breytveyt yalnız maraqlı transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı danimarkalı Kataloniya klubundan yalnız İspaniya və ya İngiltərənin güclü komandalarına getməyə razı olacaq.

Təkliflərin heç biri Breytveytə uyğun gəlməsə, “Barsa”da qalacaq.

O, bu mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə dörd oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun kubla müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!