“Barselona”nın daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Barselona”da Martin Breytveytin koronavirus testi pozitiv çıxıb.
Hazırda danimarkalı hücumçunun səhhətinin yaxşı olduğu bildirilir. Ötən gün “Barselona”da Oskar Mingesada da koronavirus aşkarlanmışdı.

