O, dünyanın ən cazibədar qadın futbolçusuna VURULUB? - FOTOLAR

03:00 İspaniya 811
O, dünyanın ən cazibədar qadın futbolçusuna VURULUB? - FOTOLAR

"Barselona"nın istedadlı futbolçusu Lamin Yamal təkcə futbol azarkeşlərinin deyil, həm də meydandan kənardakı izləyicilərin diqqətini cəlb edir.

Sportinfo.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri 17 yaşlı oyunçunun 19 yaşlı qadın futbolçu Kiana Paloma Dufurun fotolarını ard-arda bəyənməyə başladığını qeyd ediblər.

Kiana artıq dünyanın ən cazibədar qadın futbolçusu adlandırılır.

Braziliyada anadan olub, Kanadanın Kvebek şəhərində böyüyən Dufur iki çanaq əməliyyatı keçirməsinə baxmayaraq, idmana qayıtmağı bacarıb. Hazırda o, Haiti gənclər millisinin şərəfini qoruyur, eyni zamanda Cənubi Missisipi Universitetinin futbol komandasında çıxış edir.

Yamal daha əvvəl də qadın futboluna dəstək nümayiş etdirib, lakin məhz Kianaya olan bu diqqəti (fotolarını bəyənməsi və ona abunə olması) sosial şəbəkələrdə böyük rezonans doğurub. Azarkeşlər bunu gənc ispaniyalının yeni simpatiyası kimi şərh ediblər.

Qeyd edək ki, Lamin Yamalın daha əvvəl italyan bloger Anna Ganyozo ilə qısa münasibəti və keçmiş sevgilisi Aleks Padilya ilə çətinliklərlə dolu münasibəti olub. Hazırda onun rəsmi sevgilisi yoxdur.

Kiana Dufur isə sürətlə populyarlaşır. Ona yalnız azarkeşlər deyil, həm də idman ulduzları maraq göstərir. Son olaraq "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkeni də onun fotolarını bəyənib.

Digər Xəbərlər
Xəbər Lenti