
“Real Madrid”in gənc ulduzu Arda Gülər karyerasını Fransada davam etdirə bilər.
“Sportinfo.az bu barədə “El Nacional”a istinadən xəbər verir.
Məlumata görə, Çempionlar Liqasının son qalibi PSJ-nin çalışdırıcısı Luis Enrike 20 yaşlı futbolçunu komandasında görmək istəyir.
Türkiyə millisinin üzvü bu mövsüm “kral klubu”nun heyətində bütün turnirlərdə 38 oyun keçirib, 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.