"Kərimin ən yaxşı “11-lik”də olmaması futbola hörmətsizlikdir"

19 Yanvar 2022 12:00 İspaniya 321
"Kərimin ən yaxşı “11-lik”də olmaması futbola hörmətsizlikdir"

“Real”ın futbolçusu Kərim Benzemanın agenti Kərim Cəziri FİFA-nı kəskin tənqid edib.

Sportinfo.az verir ki, Cəziri FİFA-nın seçimindən narazı qalıb.

Ali futbol qurumu ilin rəmzi yığmasını müəyyənləşdirib və o yığmada Kərim Benzemaya yer olmayıb. Cəziri “tvitter”də belə yazıb:

“Benzemanı ilin ən yaxşı 11 futbolçusu sırasına daxil etməmək futbola hörmətsizlikdir. Amma onu da bilirik ki, FİFA uzun müddətdir futbola çox az əhəmiyyət verir”.

Digər Xəbərlər
Xəbər Lenti