Dünya çempionu ilə yeni müqavilə - La Liqa klubunda

16 Yanvar 2022 01:30 İspaniya 955
Dünya çempionu ilə yeni müqavilə - La Liqa klubunda

“Betis” yarımmüdafiəçi Nabil Fekirin müqaviləsinin müddəti uzadıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fekir 2019-cu ilin yayından “Betis”də çıxış edir. O, bu mövsüm La Liqada 18 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransa yığmasına da dəvət alan Fekir 2018-ci ildə bu komanda ilə dünya çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti