İspaniya millisinin müdafiəçisi ilə maraqlanır - Paytaxt təmsilçisi

00:10 İspaniya 860
İspaniya millisinin müdafiəçisi ilə maraqlanır - Paytaxt təmsilçisi

İspaniya millisinin və “Çelsi”nin müdafiəçisi Mark Kukurella yay transfer dönəmində vətəninə qayıda bilər.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Atletiko”dur.

Madridlilər üçün sol cinah müdafiəçisinin transferi yayın əsas prioritetlərindən biri hesab olunur. Komandanın baş məşqçisi Dieqo Simeone də şəxsən bu keçiddə maraqlıdır.

Kukurella 2022-ci ilin avqustundan bəri “Çelsi”də çıxış edir. Onun London klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti