
“Valensiya” Kristian Mosqueraya yeni müqavilə təklif edib.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, “yarasalar” 21 yaşlı müdafiəçini “Arsenal”a transferdən çəkindirmək və komandada saxlamaq istəyirlər.
Daha əvvəl Mosqueranın təxminən 15 milyon funt-sterlinqə London klubuna keçə biləcəyi bildirilirdi.
Qeyd olunur ki, futbolçu “Arsenal”ın təklifini çox cəlbedici hesab edir və transferə meyllidir.
Mosquera ötən mövsüm La Liqada 37 oyun keçirib və 1 qol vurub. Onun “Valensiya” ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.