“O, mənim işimi çox asanlaşdırır" - “Real”ın baş məşqçisi

01:30 İspaniya 1 040
“O, mənim işimi çox asanlaşdırır" - “Real”ın baş məşqçisi

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın yarımmüdafiəçisi Federiko Valverde haqqında yüksək fikirlər səsləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, uruqvaylı futbolçunun yalnız meydandakı performansı ilə deyil, həm də lider keyfiyyətləri ilə fərqləndiyini bildirib:

“O, mənim işimi çox asanlaşdırır. Valverde mükəmməl oyunçudur.

Hər şeyi yaxşı edir, cəsarətlidir, meydanda liderlik keyfiyyətlərinə malikdir və komanda yoldaşlarını ruhlandırır. Belə insanlarla bir yerdə olmaqdan çox məmnunam”.

İspaniyalı çalışdırıcı həmçinin, “Real”ın oyun fəlsəfəsinə də toxunub:

“Vuruşmağı bacarmaq lazımdır. Bu, “Real”ın DNT-sidir. Dişini sıxıb, lazım olanı etməlisən.

Biz bunu Klublararası dünya çempionatında “Yuventus”a qarşı da (1:0) etdik. Oyundan oyuna böyüyürük”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!