Azərbaycandan getdi, Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzaladı

9 İyul 2024 01:00 Səbail 2 440
Azərbaycandan getdi, Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzaladı

"Səbail"dən ayrılan Nir Bardeanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi karyerasını Rumıniyada davam etdirəcək.

Rumıniya vətəndaşlığı olan israilli oyunçu "Şepsi"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Nir Bardea 2023/2024 mövsümünü "Səbail"də keçirib. O, Bayıl təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi