"Mən də qəzəbli və məyusam" - Klub prezidenti üzr istədi

17 Sentyabr 2021 10:20 İspaniya 940
"Mən də qəzəbli və məyusam" - Klub prezidenti üzr istədi

“Barselona”nın prezidenti Xuan Laporta azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, 59 yaşlı rəhbər Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə Almaniya çempionu “Bayern”ə 0:3 məğlubiyyətə görə fanatlardan üzr istəyib.

O, tərəfdarları səbrli olmağa çağırıb: “Mən də sizin kimi qəzəbli və məyusam. Baş verənlər düşündüyümüz ssenarilərdən biridir.

Səbrli olmağınızı və komandaya dəstəyinizi davam etdirməyinizi xahiş edirəm. Həmçinin klub rəhbərliyinə etibar edin.

Bu inama ehtiyacımız var və vəziyyəti düzəldəcəyimizə heç bir şübhəmiz yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!