Çempionluğa oynayacaq klub görün kimlərlə müqavilə bağlayıb!

22:05 I Divizion 306
Çempionluğa oynayacaq klub görün kimlərlə müqavilə bağlayıb!

Növbəti mövsüm I Liqada sözün əsl mənasında “qırğın” olacaq.

İmkanlı sponsorun himayəsinə keçən “Səbail”, heyətini gücləndirən “Şahdağ-Qusar”, Premyer Liqaya qayıtmağı qarşısına məqsəd qoyan “Karvan-Yevlax”a MOİK də qoşulacaq.

Çempionluq yarışı çox güman bu dörd komandanın arasında gedəcək.

MOİK hədəfə çatmaq üçün heyəti büsbütün dəyişib. Komanda demək olar sıfırdan formalaşır.

Premyer Liqa təcrübəsi olan futbolçuların baş məşqçi İlham Yadullayevin rəhbərliyi altında yığışması I Liqada amansız mübarizənin gedəcəyindən xəbər verir.

“Hərbçilər” Premyer Liqada 200-ə yaxın oyun keçirmiş Yusif Nəbiyevlə yanaşı, “Şəfa”nın ötən mövsümkü çempionluğunda müstəsna xidmətləri olan Emin Zamanovla Zahid Mərdanovu, “Sumqayıt”dakı qolçuluq bacarığı ilə yadda qalan Kamran Quliyevi, I Liqada 50-yə yaxın qol vurmuş Elşad Tağıyevi, ötən mövsümü “İmişli”də keçirən Elmir Rəhimovu rənglərinə bağlayıb.

Son 4 ildə “Turan Tovuz”un kapitan sarğısını daşımış Şəhriyar Əliyev də MOİK-in hədəfindədir.

Hər nə qədər qəribə görünsə də, MOİK bu günə qədər məlum transferlərlə bağlı ictimaiyyətə məlumat verməyib.

Komandanın növbəti mövsümün hazırlıqlarına Bakıda başladığını da diqqətə çatdıraq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti