“Qəbələ”nin başbilənləri baş məşqçidən QORXURMU?

11:05 Qəbələ 142
“Qəbələ”nin başbilənləri baş məşqçidən QORXURMU?

«Qəbələ» Premyer Liqaya «əla» start götürüb.

İki tura iki top buraxıblar.

Və iki məğlubiyyət alıblar. «Gözəl» göstəricidir.

Ya Fariz Nəcəfov öz-özünü aldadır, ya onu aldadır lar. Ya da ki, Kaxaber Sxadadzedən hansısa asılacaqları var, göz ağarda bilmirlər ona.

Deyə bilmirlər ki, day bəsdir üzümüzü qaraltdın, çıx get. Nəsə kəsir qarşılarını.

Hər nədirsə yaxşı hal deyil. Bu da «Qəbələ»ni yenidən uçurumun dibinə doğru aparır.

Keçənilki ssenari təkrarlanır. «Qəbələ» ötən sezonun başında yerli gənclərə üstünlük verirdi.

Uduzsalar belə, yaxşı təsir bağışlayırdılar. Bu yay gətirib doldurublar legionerləri, biri beşinə, beşi birinə dəyməz.

«Şamaxı»da fısqırıq qoparan Kərim Rossi də zay olub, heç cür özünü tapa bilmir burada.

«Şamaxı»da 5000 dollara oynayan isveçrəli hücumçuya «Qəbələ»də 12 min dollar maaş verirlər, di gəl, qapını görmür.

İsmael Akinade isə ondan betər! «Qəbələ» bu yarımmüdafiə və hücum xətti ilə turnir cədvəlində «zirzəmi»dən yuxarı qalxa bilməz.

Kaxaber Sxadadzeni yüz dəfə istefaya səsləsinlər, öz xoşuyla getməyəcək. «Qəbələ» rəhbərliyi 5-10 azarkeşinin sözü, tələbiylə hərəkət etməz, qərar verməz.

Bu güc bəlkə də Fariz Nəcəfovdadır, o da ki…

«Şəfa»ya uduzmaq günah deyil, ancaq qəbahətdir. Bunu Kaxaya bağışlayarlarsa, day heç nə!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar