Zubirsiz, zədələrlə, ehtiyatı kasad "Qarabağ" "Tvente"ni necə yıxdı?

17:45 Qarabağ 136
Zubirsiz, zədələrlə, ehtiyatı kasad "Qarabağ" "Tvente"ni necə yıxdı?

"Qarabağ" üçün avrokuboklar mövsümü erkən bitəcək...

Son 1 həftədə "Qarabağ"ın başına gələnlər hamının bunu deməsinə əsas verirdi.

Abdullah Zubir komandanı tərk etdi.

Sıra ilə Elvin Cəfərquliyev, Renaldo Sefas, Pedro Bikalyo zədələnib sıradan çıxdı.

Amma bu qədər problemlərlə Niderlanda gedən "Qarabağ" yenə adından söz etdirdi.

Çətin görünən "Tvente" səfərində nəinki məğlub olmadı, hətta qələbə qazandı.

Jali Muaddib oyunun adamı idi. Zubirin yoxluğunu unutdura bildi. Mateus Silva, Zlomisliç, Lanqa, Bense Varkonyi də özünü yaxşı tərəfdən göstərənlər sırasındaydı. Kaşukla Musa Qurbanlı zəif bəndlərimiz hesab oluna bilər.

Onları dəyişəcək resurslar da yox idi.

Ehtiyatda faktiki oyuna buraxa biləcək maksimum 2 oyunçusu olan Qurban Qurbanov ortaya fərq qoymağı bacardı.

Bu komandanın fərdlərdən asılı olmadığını göstərdi.

Bir daha isbat olundu ki, "Qarabağ"dan hər kəs gedə bilər.

Bircə Qurban Qurbanov yerindədirsə, deməli problem yoxdur.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti