Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

13:28 Qəbələ 493
Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi!  SON DƏQİQƏ

«Qəbələ»də fövqəladə toplantı keçirilib.

Klubdan əldə etdiyimiz məlumata görə, iclas prezident Fariz Nəcəfovun başçılığı altında təşkil olunub.

Burada Premyer Liqanın ilk 2 turunda qeydə alınan uğursuz nəticələr geniş müzakirə edilib.

Bir neçə saat sürən yığıncağa rəsmilərlə yanaşı, baş məşqçi Kaxaber Sxadadze də qatılıb. Nəcəfov «Turan Tovuz»a səfərdə, «Şəfa»ya evdə 0:1 hesablı məğlubiyyətlərin ona pis təsir göstərdiyini, komandanın pis vəziyyətdə olduğunu bildirib.

O, buy ay müqavilə bağlanılan legionerlərin heyəti gücləndirmədiyini, seleksiya işinin bərbad aparıldığını, məşqçilər korpusunun ümidləri doğrultmadığını söyləyib.

Prezident diqqətə çatdırıb ki, o, Kaxaber Sxadadzenin və köməkçisi Georgi Çixradzenin fəaliyyətinin «Qəbələ»yə faydalı olacağına inanmır.

Nəcəfov 2024-cü ilin martından burada çalışan gürcülərə ilk gündən dəstək verdiyini, nəticələrin isə buna qarşılıq olmadığını vurğulayıb. Patron bu cütlüklə yolların ayrılmasını planlaşdırdığını gizlətməyib.

«Qəbələ» müqaviləsi gələn ilin yayında bitəcək Sxadadze ilə Çixradzeyə kompensasiya ödəməyə hazırdır. Nəcəfov təzminat mövzusunda kluba güzəşt edilməsini istəyib.

Baş məşqçi isə bu barədə düşünmək üçün vaxt alıb. O

la bilsin ki, gün ərzində son qərar açıqlandı. İşdir əgər yaxın çevrəsi yenə Fariz Nəcəfovu fikrindən daşındırmasa.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti