Evləndilər, rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

16:55 Hadisə 100
Evləndilər, rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Kriştianu Ronaldo və Corcina Rodrigezin toyundan bir həftə keçməmiş ailədə daha bir mühüm dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, C.Rodrigez Ronaldonun surroqat anadan doğulan üç övladını övladlığa götürüb.

Bununla Corcina Kriştianu Ronaldo Jr., Eva Mariya və Mateo Ronaldonun qanuni anası olub.

Məlumata görə, 2010-cu ildə dünyaya gələn Kriştiano Ronaldo Jr. və 2017-ci ildə doğulan əkizlər Eva Mariya ilə Mateo uzun illərdir Corcinanın himayəsində böyüyürlər.

Rodrigez onların həyatında ana fiquru kimi iştirak edib və uşaqlarla yaxın münasibət qurub.

Corcinanın Ronaldo ilə münasibətindən iki qızı var. Onlardan Alana 2017-ci ildə, Bella Esmeralda isə 2022-ci ildə dünyaya gəlib.

Cütlüyün digər övladı, Bella Esmeraldanın əkiz qardaşı isə doğuş zamanı həyatını itirib.




Digər Xəbərlər
Xəbər Lenti