“Neftçi”dən gedən məşhur hücumçu bu klubla razılığa gəldi

09:25 Neftçi 182
“Neftçi”dən gedən məşhur hücumçu bu klubla razılığa gəldi

“Bodrum” son olaraq “Neftçi”də çıxış edən Vensan Abubakar ilə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb.

Mənbənin məlumatına görə, Türkiyə Birinci Liqasında mübarizə aparan klubun rəhbərliyi 34 yaşlı hücumçunu Bodruma dəvət edib.

Kamerunlu ulduzun yaxın günlərdə şəhərə gələcəyi və son danışıqlardan sonra rəsmi müqavilə imzalayacağı gözlənilir.

Hazırda azad agent statusunda olan Abubakar Türkiyədə daha əvvəl “Beşiktaş” və “Hatayspor”un da formasını geyinib.

Kamerunlu futbolçu ötən mövsüm “Neftçi”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar