Qurban Qurbanovun daha qorxulu "Qarabağ"ı nə vaxta hazır olacaq?

16:05 Qarabağ 156
Qurban Qurbanovun daha qorxulu "Qarabağ"ı nə vaxta hazır olacaq?

"Qarabağ" "Tvente" səfərinə yarımcan yollanmışdı.

Abdullah Zubirin ayrılıq yarası sağalmamış Renaldo Sefas, Elvin Cəfərquliyev, Bikalyo kimi əsas futbolçular da səfər öncəsi sıradan çıxdı.

Daha əvvəl isə klub Savonu itirmişdi. Bu qədər problemlərin üzərinə bir də qırımızı vərəqə səbəbindən cəzalı duruna düşən Cebrail Makreçkisi gəlin.

Müdafiəsi, ortası, hücumu param-parça olan "köhlən atlar" "Tvente" səfərində əməlli-başlı futbol oynadı.

Ağılla 90 dəqiqəni idarə etdilər.

Bəlkə də bu avrokuboklardakı ən qüsursuz oyunu idi.

Bu hələ yenilənmə mərhələsində olan yarımcan "Qarabağ"dı.

Siz bir də bunun tamını düşünün.

Yaralarını sağaldan sağlamını düşünün.

Bir də Qurbanovun əlində olacaq ideal heyəti ağlınızda canlandırın.

Məncə, bu "Qarabağ" heç də pis gəlmir.

Qorxulu olacaq.

Ötənilkindən daha qorxulu.

Az, çox az qaldı...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti