Bu gün Misli Premyer Liqasında ikinci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb.
Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Tovuz şəhər stadionunda keçirilən matç qolsuz heç-heçə ilə başa çatıb.
Digər görüşdə isə "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb. Matç "ağ-qaralar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci turda keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə PFL-ə bu barədə müraciət edib və qurum bu qərarı verib.

18:30. "Turan Tovuz" – "Şamaxı" 0:0
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı.
VAR: Vüqar Həsənli.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu
“Turan Tovuz”: 35. Aleksey Kenyaykin 21. Stiv Beusnar 3. Enrike Silva 23. Alexandro Serrano 90. Jo Batista 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 66. Raul Məmmədov 99. Sadiq Şəfiyev
Baş məşqçi: Kurban Berdiyev
“Şamaxı”: 1. Rikardo Fernandes (k) 80. Həbib İsmayılov 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 9. Tornike Axvlediani 3. Jota 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 11. Ayman Bouali 8. Teşaqer Dequ 19. Abdullahi Şuaybu
Baş məşqçi: Azər Bağırov
20:45. "Neftçi" – "Araz-Naxçıvan" 5:0
Qollar: Breno Almeyda, 14, 17, Falaye Sako, 33, İqor Ribeyro, 41, Qravilyon, 85
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 14. Elvin Bədəlov 7. Emil Səfərov 3. Rüfət Abbasov 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 29. Lyubomir Tupta 33. Breno Almeyda 10. Freddi Varqas
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 6. Sessi Dalmeyda 24. Mustafa Sek 55. Endryu Qravilyon 20. Qustavo Klisman 11. Alen Şkribek 27. Draqolyub Saviç
Baş məşqçi: Yuri Vernidub
“Araz-Naxçıvan”: 1. Artur Auqusto 29. Ceyhun Nuriyev 2. Abdulla Rzayev 8. Mustafa Əhmədzadə 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 5. Luka Dumançiç 19. Abdallah Sudi
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 9. Ağadadaş Salyanskiy 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 27. Boyan Letiç 10. Şarl Boli 23. Alberto Fernandes
Baş məşqçi: Zaur İsmayılov
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Palms Sports Arena"
