"Səbəblərini araşdıracağıq" - Kurban Berdıyev

21:30 Premyerliqa 150
"Səbəblərini araşdıracağıq" - Kurban Berdıyev

"Turan Tovuz" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində doğma meydanda "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə çox pis oynadıq. Səbəblərini araşdıracağıq. İkinci yarıda yaxşı olduğumuzu deyə bilmərəm. Amma birinci hissə ilə müqayisədə normal idik.

- Sayılmayan qolunuzla bağlı fikriniz necədir?

- Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi.

Digər Xəbərlər
Xəbər Lenti