"Messi “Barselona”dan, La Liqadan belə getməyə layiq deyildi”

14 Sentyabr 2021 10:00 İspaniya 375
"Messi “Barselona”dan, La Liqadan belə getməyə layiq deyildi”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Lionel Messinin “Barselona”dan ayrılıb, PSJ-yə keçməsi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, “Diario Sport”a açıqlamasında, argentinalı hücumçunun çempionatı tərk etməyə layiq olmadığını deyib:

“Messinin gedişi ağır oldu. Çünki şəxsən mən onu futbol tarixinin ən yaxşısı hesab edirəm. O, nəinki “Barselona”dan, La Liqadan belə getməyə layiq deyildi”.

Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti