"Messi klubda qalmaq istədiyini söylədi" - "Barselona”nın prezidenti

25 İyul 2021 15:40 İspaniya 452
"Messi klubda qalmaq istədiyini söylədi" -

“Barselona”nın prezidenti Xuan Laporta klubla müqaviləsinin müddəti başa çatan Lionel Messi ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta argentinalı futbolçu ilə danışıqları davam etdirdiklərini deyib:

“Messi klubda qalmaq istədiyini söylədi. Danışıqlarımız müsbət yöndə irəliləyir. Ümid edirəm ki, tezliklə rəsmi müqavilə imzalanacaq. Bu, həyata keçirmək istədiyimiz bir xəyaldır.

Maliyyə qaydalarına əməl etməliyik. Həll yolları axtarırıq. Mövcud maliyyə problemlərimizi aradan qaldıracağımıza inanırıq”.

Digər Xəbərlər
Xəbər Lenti