İspaniya millisinin lideri koronavirusdan sağaldı

19 İyun 2021 14:30 İspaniya 578
İspaniya millisinin lideri koronavirusdan sağaldı

İspaniya milli komandasının futbolçusu Serxio Buskets koronavirusa qalib gəlib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin koronavirus testinin nəticəsi mənfi olub.

Bu barədə İspaniya yığmasının mətbuat xidməti məlumat yayıb.

Buskets İspaniya millisinin AÇ-2020-nin qrup mərhələsinin 2-ci turu çərçivəsində Polşaya qarşı keçirəcəyi oyunda iştirak edə bilər.

Busketsdə iyunun 6-da koronavirus aşkarlanmışdı.

Sabah keçiriləcək İspaniya – Polşa matçı saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM