"Yalandır, mən futbolçularıma heç vaxt “gedirəm” deməmişəm”

17 May 2021 15:20 İspaniya 472
"Yalandır, mən futbolçularıma heç vaxt “gedirəm” deməmişəm”

“Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatının iddiasına görə, “Atletik”lə oyundan sonra Zidan futbolçulara bildirib ki, mövsümün sonunda komandadan ayrılacaq.

Fransız mütəxəssis bu məlumatı təkzib edib:

“Mən indi uşaqlara “gedirəm” sözünün necə deyə bilərəm ki? Bütün gücümüzü titul uğrunda mübarizəyə həsr etdiyimiz bir vaxtda, heç nə olmamış kimi “mən gedirəm” deyirəm?

İnsanlar kənarda hər şey deyə bilərlər. Amma mən futbolçularıma heç vaxt “gedirəm” deməmişəm”.

İspaniya çempionatının başa çatmasına bir tur qalmış “Real” 81 xalla ikinci pillədə qərarlaşıb. Lider “Atletiko”nun 83 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti