“Valensiya”ya baş məşqçi təyin olunacağı gözlənilir - Mourinyonun

22 Aprel 2021 22:00 İspaniya 550
“Valensiya”ya baş məşqçi təyin olunacağı gözlənilir - Mourinyonun

"Tottenhem”dən istefaya göndərilən Joze Mourinyo yenidən La Liqaya qayıda bilər.

Sportinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin “Valensiya”ya baş məşqçi təyin olunacağı gözlənilir.

Məlumata görə, klubun sahibi Peter Lim çalışdırıcının meneceri Xorxe Mendeşlə əlaqə saxlayıb. Portuqaliyalı oyunçu özü də İspaniyaya qayıtmağa müsbət yanaşır.

Mourinyo La Liqa klublarından “Real”a baş məşqçilik edib. O. 2010-13-cü illərdə bu klubda işləyib.

Digər Xəbərlər
Xəbər Lenti