"Barselona" müflis olur: 1 milyard avrodan çox borcu var

26 Yanvar 2021 10:00 İspaniya 600
"Barselona" müflis olur: 1 milyard avrodan çox borcu var

"Barselona" bankrot ola bilər.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin 1 milyard 173 milyon avro borcu var.

Borcun 730 milyon avrosu klubun qısa müddət ərzində hesablaşmalı olduğu öhdəliklərdir. Habelə, iyunun 30-dək bağlanılmalı olan 266 milyon avro bank borcu mövcuddur.

Daha 90 milyon avronu isə "Barsa" dünyanın nəhəng investisiya banklarından olan "Goldman Sachs"a verməlidir.

Bundan başqa, klubun gəlirlərinin 74 faizi əmək haqlarının ödənilməsinə gedir. Bu göstərici La Liqada qəbul olunmuş 70 faizlik limiti aşır.

Cari maliyyə ilində xərclərin 796 milyon avro, gəlirlərin isə 828 milyon avro təşkil edəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu