Temperatur 4-7° enəcək – Hava xəbərdarlığı

24 Avqust 2023 07:00 Gündəm 648
Temperatur 4-7° enəcək – Hava xəbərdarlığı

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrolemetorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!