Mourinyo "Real"ın hansı futbolçusunu istəyir?

11 Yanvar 2021 01:38 İspaniya 714
Mourinyo "Real"ın hansı futbolçusunu istəyir?

“Real” futbolçusu Eder Militao karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Tottenhem” 22 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir.

London klubunun baş məşqçisi Joze Mourinyo Militaonu komandasında görməyə israrlıdır.“Real” isə futbolçunu yalnız sərfəli şərtlərlə satmağa hazırdır.

Madrid təmsilçisi braziliyalı oyunçuya görə qarşı tərəfdən təxminən 30 milyon tələb edir. Militao 2019-cu ildən “Real”da oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!