"Messinin gözlərinə baxıb deyəcəm ki, maaşın çox yüksəkdir"

3 Yanvar 2021 20:00 İspaniya 1 064
"Messinin gözlərinə baxıb deyəcəm ki, maaşın çox yüksəkdir"

"Barselona" prezidentliyinə namizəd Emili Russo Lionel Messinin klubdakı gələcək taleyi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Russo prezident seçiləcəyi halda Messi ilə söhbət edəcəyini söyləyib:

"Onun gözlərinə baxıb deyəcəm: maaşın çox yüksəkdir və klub bunu ödəyə bilmir. İndi isə imkan ver, yeni idman proyektləri barədə danışaq. Biz səni istedadlı gənclərlə əhatə edəcəyik".

"Barselona" prezidentliyinə seçkilər yanvarın 24-də keçiriləcək. Russo onu da deyib ki, yayda Messinin klubdan getmək istəməsi maliyyə məsələsi deyil, idman layihələrinin yoxluğu ilə bağlı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti