“Barselona” istəyinə çatdı

1 Yanvar 2021 15:40 İspaniya 1 035
“Barselona” istəyinə çatdı

“Mançester Siti”nin müdafiəçisi Erik Qarsiyanın “Barselona”nın hədəfində olduğunu xəbər vermişdik.

Sportinffo.az xəbər verir ki, 19 yaşlı futbolçu Kataloniya klubunun təklifini qəbul edib.

İspan futbolçunun “Mançester Siti”nin yeni müqavilə təklifindən də imtina etdiyi deyilir. Onun artıq rəsmi şəkildə katalonlarla danışıqlara başlayacağı bildirilir.

Futbolçunun qışda, yoxsa cari mövsümün sonunda – müqaviləsi bitdikdə “Barselona”ya transfer olunacağı məlum deyil.

“Barselona”nın yetirməsi olan Qarsiya 2019-cu ilin yayından “Mançester Siti”nin əsas komandasında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti