“Real” istəyinə çatdı - Yeni müqavilə imzalamağa razılaşdı

29 Dekabr 2020 10:00 İspaniya 654
“Real” istəyinə çatdı - Yeni müqavilə imzalamağa razılaşdı

Real”ın Luka Modriçlə yeni müqavilə imzalamaq istədiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi gələcəyi ilə bağlı qərarını verib.

Xorvat futbolçu “kral klubu” ilə yeni müqavilə imzalamağa razılaşıb. Artıq tərəflərin bütün şərtlərdə anlaşdıqları bildirilir. Məlumata görə, o, “Real”la 2022-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atacaq.

Modriçin klubla hazırkı müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. O, 2012-ci ildən “Real”ın şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!